Baş infeksionistdən növbəti XƏBƏRDARLIQ: SMS-lə icazə alıb çıxırlar, amma...
07 may 2020 19:56 (UTC +04:00)

Baş infeksionistdən növbəti XƏBƏRDARLIQ: SMS-lə icazə alıb çıxırlar, amma...

Koronavirus pandemiyası dünyada təhlükə yaratmaqda davam edir. Yoluxma halı son günlər ölkəmizdə də artıb. Ötən günlərdə 76, 67 yeni yoluxma halları qeydə alınıb ki, bu da TƏBİB tərəfindən vəziyyətin pisləşməsi kimi xarakterizə olunur. Buna görə də mütəxəssislər virusun yayılmasının qarşısını almaq üçün qoyulan qaydalara əməl etməyin vacibliyini dönə-dönə vurğulayır.

Azərbaycanın baş infeksionisti Cəlal İsayev Lent.az-a bildirib ki, koronavirusla bağlı qoyulan qaydalara əməl etməmək həm insanın özünü, həm də ətrafdakıları risk altında qoyur: “İnsanların çoxunda xəstəlik gizli keçir və heç bir əlamət olmasa da, virus ifraz edir. Bu da xəstəliyin yayılmasına səbəb olur. Ona görə ən kiçik mağazada da dezinfeksiya vasitələri qoyulmalıdır. Əllərimizi bu vasitələrlə təmizlədikdən sonra mağazaya daxil olmalıyıq.

Marketlərdə, qapalı məkanlarda mütləq maska taxılmalı və insanlar arasındakı məsafə gözlənilməlidir. Məsafənin gözlənilməsi virusun yayılmasının qarşısını almaq üçün ən təsirli vasitədir. Son açıqlanan statistikadan məlum oldu ki, ölkə üzrə ən çox yoluxanlar Gəncə şəhərində olub. Ölkə üzrə ümumillikdə 76 koronavirusa yoluxmanın olması çox böyük rəqəmdir. Bu rəqəm onu göstərir ki, xəstəlik azalmaq əvəzinə artır, bu da insanların tövsiyələrə əməl etməməsindən irəli gəlir. Karantin rejimində yumşaldılma gedir, biz də qaydalara əməl etməliyik ki, yumaşdılma tədbirlərinə dəstək verə bilək. Elə olmasın ki, yenidən tədbirlər gücləndirilsin. Bu vəziyyətdən çıxmaq üçün qoyulan qaydalara əməl etmək vacibdir”

Baş infeksionist bildirib ki, insanların çox olduğu yerdə mütləq maskadan istifadə olunmalıdır: “Sosial məsafənin saxlanılması, gigeynik qaydalara əməl olunması yolu ilə xəstəliyin yayılmasının qarşısını alaq və başqa yumşaldılma tədbirlərinə də nail ola bilək”.

O, avtobuslarda sıxlıq olmasının səbəblərinə də toxunub: “SMS-lə icazə alan insan çıxır, yarım saatlıq işini həll edir, amma evə qayıtmır. Avtobusa minib gəzməyə gedir. Lazım oldu-olmadı, harasa gedir. Avtobus qapalı məkan olduğu üçün mütləq maskadan istifadə olunmalıdır. Avtobusdan düşdükdən sonra əlləri dezinfeksiya etmək vacibdir. Bu, mümkün olmadıqda, yuyana kimi əllərimizi ağzımıza, burnumuza, gözümüzə vurmamalıyıq. Taksiyə oturan kimi maska taxılmalıdır və sürücü də buna əməl etməlidir. İctimai qınaq çox vacibdir. Vətəndaşı xəbərdar etməliyik ki, sən bizi risk altında qoyursan. Maska problemi də yoxdur, bütün apteklərdə var”.       

Həkim onu da bildirib ki, hazırda virusa yoluxma halları xaricdən gətirilmə deyil,  əsasən yerli hadisələrdir.

Baş infeksionist xəbərdarlıq edib ki, insanlarda hər hansı bir narahatlıq olan kimi həkimə müraciət olunmalıdır: “Xəstəlik əlamətləri - temperatur, baş ağrısı, halsızlıq, əzginlik, iştahsızlıq, öskürək, ishal və qusma, hiss olunursa mütləq həkim çağırmaq lazımdır. Həkimə getmək yox, həkimi evə dəvət etmək lazımdır. Həkim gəlib xəstəliyin olub-olmadığını aydınlaşdırmaq üçün lazım olan tədbirləri görəcək. Buna əməl olunmasa, həmin insanlar ətrfadakıları yoluxdura bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 16689
avatar

Aygün İbrahimli

Oxşar yazılar