Bakının bu ərazilərində yol genişləndiriləcək: ağaclar kəsilə bilər
13 may 2020 14:38 (UTC +04:00)

Bakının bu ərazilərində yol genişləndiriləcək: ağaclar kəsilə bilər

Bakı şəhəri Sabit Orucov, Nizami, Mehdi Hüseynzadə, 28 May, Yusif Səfərov küçələrinin bir hissəsinin genişləndirilməsi, Yasamal rayonu, İnşaatçılar prospekti 2 ünvanında isə yeni infrastrukturların yaradılması məqsədilə tikinti altına düşən ağacların köçürülməsi və köçürülməsi mümkün olmayan ağacların isə götürülməsinə ictimai dinləmədən sonra müsbət rəy verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, buna bir şərtlə icazə verilib ki,  həmin ərazidə və ya digər uyğun yerdə daha çox ağacın əkilməsi təmin edilsin.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza Agentliyi İdarə Heyətinin sədri Mirsalam Qənbərov bildirib ki, layihələrin mühüm sosial-infrastruktur əhəmiyyəti,  tıxacların aradan qaldırılması baxımından vacibliyi nəzərə alınıb, mövcud tələblər və qaydalar çərçivəsində sözügedən ərazilərdə tikinti altına düşən ağacların budanaraq kök torpağı ilə uyğun ərazilərə köçürülməsi yaxın günlərdə həyata keçiriləcək: “Məqsədimiz bütün layihələrin ekoloji tələblərə cavab verməsini, götürülməsinə zərurət yaranan yaşıllıqların yerində daha çox ağac əkilməsini təmin etməkdir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3049
avatar

Aygün İbrahimli

Oxşar yazılar