Bakıda sərnişin sıxlığının qarşısını almaq üçün bunlar edildi
07 may 2020 10:16 (UTC +04:00)

Bakıda sərnişin sıxlığının qarşısını almaq üçün bunlar edildi

Aprelin 27-dən ölkədə karantin rejiminin nisbətən yumşalması barədə qərar verildi. Bununla da Bakıda kafe-restoran, bərbərxana və gözəllik salonlarından başqa digər fərdi sahibkarlıq obyektlərinin fəaliyyətinə qoyulmuş məhdudiyyət aradan qaldırıldı. Mayın 4-də isə bərbərxana və gözəllik salonlarının da işləməyinə icazə verildi. Bütün bunlara görə, şəhərdə yoxa çıxan aktivlik nisbətən canlanmağa başladı. Nəticədə dayanacaqlarda avtobus gözləyənlərin və sərnişinlərin sayında artım müşahidə olunur.
 
Görəsən, metronun da fəaliyyətinin dayandırıldığı bir vaxtda marşrut avtobusları ictimai nəqliyyat problemini tam təmin edə bilirmi? Bakı Nəqliyyat Agentliyi avtobusların sayında artıma doğru dəyişiklik edib?

Qurumun mətbuat katibi Mais Ağayev Lent.az-a açıqlamasında daşıyıcı şirkətlərə avtobusların sayı və interval barədə məlumat verildiyini bildirib:

“Daşıyıcı şirkətlərə məlumat vermişdik ki, marşrut avtobusları arasında intervala və avtobusların sayına diqqət yetirilsin. Amma konkret olaraq, ekspress marşrutlara, xüsusən də, “M1”, “M2” və “M3” xətlərinə 6 ədəd 18 metrlik avtobus əlavə etmişik. Çünki səhərlər ən çox sərnişin axını məhz həmin marşrut xətləri istiqamətində olur. Ətraf qəsəbələrdən gələn avtobuslarda problem yoxdur. Onlar əvvəlki sayda fəaliyyətinə davam edir. Son günlər sərnişin sayı kifayət qədər artıb.

Aprelin 27-dən Bakıda gündəlik sərnişin sayı 700-800 minə qalxmışdısa, indi artıq bu göstərici milyonu keçib. Zərurət yaransa, yenidən bu işə baxılacaq və lazımi tədbirlər görüləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3210
avatar

Mehman Nəbiyev

Oxşar yazılar