Bakıda 400-dən artıq küçə dezinfeksiya edildi
16 may 2020 18:28 (UTC +04:00)

Bakıda 400-dən artıq küçə dezinfeksiya edildi


Bu gün səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) strukturları tərəfindən şəhərin mərkəzi küçə və prospektlərində, o cümlədən kənd, qəsəbə və yaşayış massivlərinin küçələrində xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş genişmiqyaslı dezinfeksiya işləri aparılıb. 

BŞİH-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu işlərdə RİH-in strukturuna daxil olan xidmətlərin 40, Daxili İşlər Nazirliyinin 20 xüsusi təyinatlı texnikası və kommunal xidmətlərin 2 mindən artıq işçisi cəlb olunublar. 

Saat 18:00-a kimi şəhər mərkəzi və qəsəbələr üzrə 400-dən artıq küçənin dezinfeksiyası təmin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2350
avatar

Oxşar yazılar