Bakı Dövlət Universitetinin (BDU) İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinə yeni müdir təyin olunub.
APA-nın məlumatına görə, universitetin rektoru Elçin Babayevin əmri ilə yeni şöbə müdiri Günel İsgəndər qızı Orucəliyeva təyin edilib.
Günel Orucəliyeva yeni təyinatını APA-ya özü təsdiqləyib.
Qeyd edək ki, Mətbuat-informasiya şöbəsinin keçmiş müdiri Pərvanə İbrahimova öz ərizəsi ilə vəzifəsindən azad edilib.