Koronavirus pandemiyası dünyanı cənginə aldığı bir dönəmdə İstanbulda təhsil alan azərbaycanlı tələbə örnək ola biləcək addım atıb.
Lent.az xəbər verir ki, İstanbul Universiteti Hüquq fakültəsində magistr təhsili alan Firuzə Cəfər qızı Rəcəbova Milli Dayanişma Kampanyasina və Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürüb.
Tələbə bu addımı ilə həm də "Bir millət – iki dövlət" ideyasına da sadiqliyini ifadə edib. Firuzə Rəcəbova Bakı Dövlət Ünversetinin hüquq fakutəsinin məzunudur.
Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Prezident İlham Əliyevin fərmanı ilə martın 19-da yaradılıb. Azərbaycan Prezidenti İlham Əliyev bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib. Milli Dayanişma Kampanyası isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən mart 30-da elan edilib. Ərdoğan 7 aylıq maaşını bu kampaniyaya bağışlayıb.