Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların sayı AÇIQLANDI
08 may 2020 11:19 (UTC +04:00)

Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların sayı AÇIQLANDI

2019-cu ildə dövlət səhiyyə müəssisələri tərəfindən rəsmiləşdirilmiş göndərişlər əsasında 27404 nəfər ilkin əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq hesab edilib. Bu isə əvvəlki illə müqayisədə 22% çoxdur. 

Lent.az bildirir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2019-cu il hesabatında məlumat verilib. 

Qeyd edilib ki, onlardan 18609 nəfəri ilkin əlilliyi olan şəxs (keçən illə müqayisədə 10% çox), 8795 nəfəri ilkin sağlamlıq imkanları məhdud uşaq (keçən ilə müqayisədə 59% çox) hesab ediliblər. 

İlkin əlilliyi olan şəxs hesab edilənlərdən I dərəcə üzrə şəxslərin sayı 3004 nəfər, II dərəcə üzrə 10378 nəfər, III dərəcə üzrə 5227 nəfər olub ki, bu da keçən illə müqayisədə müvafiq olaraq I dərəcə üzrə 37% çox, II dərəcə üzrə 7% az və III dərəcə üzrə isə 51% çox olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1317
avatar

Oxşar yazılar