Azərbaycanda övladlığa götürülən uşaqların sayı AÇIQLANDI
12 may 2020 10:32 (UTC +04:00)

Azərbaycanda övladlığa götürülən uşaqların sayı AÇIQLANDI

2020-ci ilin mövcud dövrü ərzində Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə övladlığagötürmə ilə bağlı 23 müraciət daxil olub.

Bu barədə Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, nazirlik tərəfindən qanunvericiliyin tələblərində nəzərdə tutulan prosedur qaydalara uyğun olaraq 4 uşaq övladlığa verilib. 

Övladlığa götürülən uşaqlar 1, 7, 9 və 16 yaşlarındadırlar və hamısı oğlan uşaqlarıdır. Övladlığa götürən şəxslər Azərbaycan vətəndaşlarıdır və hər biri uşaqların yaxın qohumudur. Həmin şəxslərdən biri tək qadın, digər 3-ü isə ailədir. 

Övladlığa götürən şəxslərin yaşları 33-55 yaş aralığındadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1854
avatar

Oxşar yazılar