Bu ilin ilk üç ayında qeydiyyat şöbələrində 12127 nikaha daxilolma və 3823 boşanma halları qeydə alınıb.
Lent.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu müddətdə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,9, boşanmaların sayı isə 1,5 olub.