Azərbaycana xaricdən gələnlərin 20 faizi koronavirusa yoluxub
15 may 2020 17:58 (UTC +04:00)

Azərbaycana xaricdən gələnlərin 20 faizi koronavirusa yoluxub

“Ümumilikdə, son dövrdə ölkəmizə çarter reysləri ilə gələn həmvətənlərimizin analizlərindən əldə etdiyimiz nəticə göstərir ki, onların arasında yoluxma 20 faiz təşkil edir”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O qeyd edib ki, xaricdən Azərbaycan vətəndaşlarının gətirilməsi davam edəcək: “Onların karantin müəssisələrinə yerləşdirilməsi təmin ediləcək. Ona görə də vətəndaşlarımız bu mövzuya xüsusi həssas yanaşmalıdırlar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1747
avatar

Oxşar yazılar