Azər Həsrətin qardaşı, Çernobıl əlili vəfat etdi
05 may 2020 22:02 (UTC +04:00)

Azər Həsrətin qardaşı, Çernobıl əlili vəfat etdi

Çernobıl Əlillər İttifaqının fəal üzvü Xələf Həsrətov bu gün dünyasını dəyişib.
Lent.az bildirir ki, bu barədə Çernobıl Əlillər İttifaqından məlumat verilib.

Çernobıl əlili Həsrətov Xələf Hacıqulu oğlu 1959-cu ildə Xaçmaz rayonunun Dədəli kəndində anadan olub. 1987-ci ildə Çernobıl qəzasının ləğvi prosesində iştirak edib. 1990-cı ildən - Çernobıl Əlillər İttifaqının yarandığı ildən cəmiyyətin ayrı-ayrı təşkilatlarında, rayon filiallarında çalışıb. 1999-cu ildə ittifaqın Səbael rayon təşkilatının sədri, 2000-ci ildən vəfat edənə qədər cəmiyyətin birləşdirilən Səbael və Nəsimi rayon təşkilatına rəhbərlik edib.

Xatırladaq ki, mərhum Xələf Həsrətov tanınmış jurnalist, media eksperti Azər Həsrətin qardaşıdır.

Çernobıl Əlillər İttifaqı, "Qarabağ Əlilləri, Şəhid Ailələri" Cəmiyyəti, "Qarabağ Qaziləri" İctimai Birliyi Xələf Həsrətovun vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3621
avatar

Oxşar yazılar