Abituriyentlər üçün yeni elektron xidmət istifadəyə verildi
14 may 2020 12:29 (UTC +04:00)

Abituriyentlər üçün yeni elektron xidmət istifadəyə verildi

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün “Abituriyentin elektron ərizəsi”ni təsdiq etmiş, lakin hər hansı səbəbdən ərizənin təsdiqini ləğv etmək istəyənlər üçün yeni elektron xidmət istifadəyə verilib.

Dövlət İmtahan Mərkəzindən Lent.az-a verilən məlumata görə, təsdiq edilmiş elektron ərizəsini ləğv etmək istəyən abituriyentlər https://eservices.dim.gov.az/erizebak/erize/ səhifəsindəki “Elektron ərizənin təsdiqinin ləğvi” keçidinə daxil olub “Şəxsi kabinet”inin istifadəçi adı və parolunu mavafiq sahələrə qeyd edir. Ərizənin ləğv olunması üçün istifadəçinin “Şəxsi kabinet”ində qeyd etdiyi mobil telefon nömrəsinə xüsusi kod göndərilir. Əgər orada qeyd olunan mobil telefon nömrəsi abituriyentə məxsus deyilsə və ya nömrə dəyişilibsə, əməliyyatdan imtina edib “Şəxsi kabinet”dəki “Əlaqə məlumatları” bölməsində mobil telefon nömrəsində düzəliş edib proseduru yenidən təkrar etmək lazımdır. Bu zaman mobil telefon nömrəsinə göndərilmiş təsdiq kodunu müvafiq sahəyə daxil etməklə “Təsdiqi ləğv et” düyməsini sıxmaq lazımdır.

Təsdiq olunmuş elektron ərizənin ləğv edilməsi xidmətindən yalnız 1 dəfə istifadə etmək mümkündür.

Elektron ərizəni yenidən doldurarkən diqqətli olmaq və onu təsdiq etməyi unutmaq olmaz. 

Müsabiqəyə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər buraxılır.

Qeyd edək ki, abituriyentlər mayın 12-dən etibarən ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün DİM-in mü­va­fiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Elektron ərizələrin qəbulu 5 iyun saat 23:59-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2050
avatar

Aygün İbrahimli

Oxşar yazılar

Sabah 40 dərəcə  isti olacaq - PROQNOZ

Sabah 40 dərəcə isti olacaq - PROQNOZ

18 iyun 2024 , 12:40
Leysan yağacaq, çaylara sel gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, çaylara sel gələcək - XƏBƏRDARLIQ

18 iyun 2024 , 12:16
Jurnalist Sərxan Kamallı dəfn olundu - YENİLƏNİB

Jurnalist Sərxan Kamallı dəfn olundu - YENİLƏNİB

17 iyun 2024 , 16:41
Sabah iki rayon susuz qalacaq

Sabah iki rayon susuz qalacaq

17 iyun 2024 , 15:28
Leysan yağacaq, çaylar daşacaq - XƏBƏRDARLIQ

Leysan yağacaq, çaylar daşacaq - XƏBƏRDARLIQ

17 iyun 2024 , 14:56
Sabah 39 dərəcə  isti olacaq - PROQNOZ

Sabah 39 dərəcə isti olacaq - PROQNOZ

17 iyun 2024 , 12:47
XƏBƏRDARLIQ:  Sabahın havası bu insanlara pis təsir edəcək

XƏBƏRDARLIQ: Sabahın havası bu insanlara pis təsir edəcək

16 iyun 2024 , 12:30
Çimərliklərdə hava necə olacaq?

Çimərliklərdə hava necə olacaq?

16 iyun 2024 , 12:24