8 yaşlı qız 1 milyona  ev aldı   - bunu necə etdi
02 aprel 2024 20:00 (UTC +04:00)

8 yaşlı qız 1 milyona ev aldı - bunu necə etdi

Qız bir neçə ildir valideynlərinin ona verdiyi pul ilə ev almağa sərmayə qoyub.

Lent.az xarici mediaya istinadən məlumat verir ki, Avstraliyanın ən gənc əmlak investoru olan səkkiz yaşlı Rubi Maklellanın atası tənqid dalğası fonunda qızını müdafiə etmək üçün çıxış etməyə məcbur olub.

O qeyd edib ki, çoxları sadəcə olaraq onun uğurlarına paxıllıq edir və özlərini belə azyaşlı və iddialı qızın yerində təsəvvür edə bilmirlər. Avstriya qəzetləri səkkiz yaşlı Rubinin və onun bacı-qardaşlarının cib pullarını şirniyyat və oyuncaqlara xərcləməkdənsə, Viktoriya ştatının Klayde şəhərində 671.000 dollara ev alması ilə bağlı xəbər dərc etdikdən sonra internetdə müzakirə dalğası yaranıb.

Rubi 14 yaşlı qardaşı Anqus və 13 yaşlı bacısı Lyusi ilə birlikdə cib pulunun 6 min dollarını istifadə edərək iki il əvvəl dörd otaqlı ev almağa qoyublar. Ölkədə əmlak qiymətləri sürətlə artdıqca evin dəyəri o vaxtdan 960.000 dollara yüksəlib.

Rubinin atası və OpenCorp əmlak qrupunun rəhbəri Kem Maklellan, övladlarının belə hücumlara məruz qalmayacağını deyərək, tənqidlərə laqeyd yanaşıb. O əlavə edib ki, gənc ev alıcılarını tənqid edənlər iş tapmağa, xərcləri azaltmağa və öz evləri üçün qənaət etməyə daha çox diqqət yetirməlidirlər.

Kemin üç uşağı böyüyəndə evin satışından əldə olunan gəliri bölüşəcəklər, amma hələlik kirayə şəklində gəlir gətirir. Qız paylaşıb ki, ev sahibi olmaq çox gözəldir, lakin o, bu məlumatı heç bir dostu ilə paylaşmamaq qərarına gəlib.

Daşınmaz əmlak investisiyaları sayəsində onlar son 15 il ərzində çox işləməli olmayıblar. Kem etiraf edir ki, bir neçə gündə bir neçə saat işləməli olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 29397
avatar

Oxşar yazılar