İlkin mərhələdə Qarabağın azad edilmiş ərazilərinə köçürüləcək insanların sayı açıqlanıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Qarabağ iqtisadi rayonunun işğaldan azad olunmuş ərazilərindəki Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov məlumat verib.
Araz İmanov qeyd edib ki, 2022-2026-cı illəri əhatə edən ilkin mərhələdə azad olunmuş ərazilərə - Qarabağa təxminən 66 000 sakinin köçürülməsi planlaşdırılır.