14 yaşlı uşaq 50-ci cinayətində  həbs edildi
24 fevral 2024 14:50 (UTC +04:00)

14 yaşlı uşaq 50-ci cinayətində həbs edildi

Türkiyənni Diyarbəkir şəhərində müxtəlif tarixlərdə mağazalardan və zərərçəkənlərdən cibgirlik edərək bir çox oğurluqlar edən və hər dəfə yaxalanaraq məhkəmə tərəfindən sərbəst buraxılan 14 yaşlı A.G. 50-ci cinayətinə görə tutularaq nəzarətə götürülüb.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə müxtəlif tarixlərdə Yenişehir rayonunda baş verib. A.G rayon ərazisindəki geyim mağazaları və marketlərə girib. O, alış-veriş etmək adı ilə oğurluq edib. Hər dəfə polis tərəfindən saxlanılan və məhkəmədə sərbəst buraxılan A.G. bu dəfə Yaşar Kamal küçəsindəki mağazaya daxil olub.

A.G-nin geyim mağazasında cibgirlik etməsi diqqət çəkib və polisə məlumat verilib. Yenişehir polisi ünvana gələrək araşdırma aparıb. Mağazadakı və küçədəki kameralara baxış keçirən qruplar şübhəlinin rayon ərazisində davamlı olaraq oğurluq edən A.G. olduğunu müəyyən ediblər.

Onlarla kameradan şübhəli A.G.-nin istiqamətini araşdıran qruplar apardıqları əməliyyatla onu saxlayıb. A.G.-nin oğurluq anları təhlükəsizlik kamerasına düşüb.

“Ümumi Məlumat Axtarışı”nda (GBT) polis A.G.-nin çoxsaylı oğurluq və cibgirlik cinayətlərində iştirak etdiyini üzə çıxarıb. A.G. bu dəfə polis idarəsindəki prosedurlardan sonra məhkəmə tərəfindən həbs edilib.

# 4476
avatar

Oxşar yazılar