126 illik bina NARKOMANLARIN  yuvasına çevrilib – Sakinlər qorxu içində
08 oktyabr 2025 20:15 (UTC +04:00)

126 illik bina NARKOMANLARIN yuvasına çevrilib – Sakinlər qorxu içində

0

Yasamal rayonu Mirzə Fətəli Axundov küçəsi, 84 ünvanında yerləşən 1899-cu ilə aid bina təhlükə mənbəyinə çevrilib. Bir vaxtlar paytaxtın memarlıq incilərindən sayılan bu 3 mərtəbəli bina hazırda narkomanların yuvasına çevrilib.

Lent.az-ın əməkdaşı məsələni araşdırmaq üçün adıçəkilən əraziyə yollandı.

Binada bizi ilk qarşılayan üfunət və antisanitariya olur.

Binanın birinci və ikinci mərtəbələri tamamilə sökülüb, yalnız üçüncü mərtəbə və onunla bitişik bir neçə yaşayış sahəsi qalıb. Sökülmüş evlə sakinlər yaşayan ərazini birləşdirən qapını söküblər, lakin sakinlərin şikayətindən sonra araya qapı əvəzi paltar şkafı qoyublar. Şkafı asanlıqla kənara çəkib həyətə daxil olmaq mümkündür.

Dağıdılmış hissələrə isə indi müxtəlif məqsədlərlə — xüsusən də narkotik istifadəçiləri tərəfindən gizlənmək üçün — daxil olunur. Sakinləri ciddi narahatdır. Onların iddiasına görə, axşamlar  binaya şübhəli şəxslər girir, səs-küy salır və təhlükəli vəziyyət yaradırlar.

Yuxarı mərtəbəyə qalxırıq. Sakinlər bildirir ki, burada toz-torpaq və sökünütün qalıqları aşağıdakı evlərə düşərək həm zərər verir, həm də antisanitariya yaradır.

Hazırda bina həm təhlükəsizlik, həm də ictimai asayiş baxımından ciddi risk yaradır. Sakinlər aidiyyəti qurumlardan ərazinin təmizlənməsini və narkomanların oraya girişinin qarşısının alınmasını tələb edirlər.

Foto - İlkin Nəbiyev © APA GROUP

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 574

Oxşar yazılar