1 ay komada qalan  qadın həyata qaytarıldı
12 mart 2024 11:36 (UTC +04:00)

1 ay komada qalan qadın həyata qaytarıldı

Yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alan 30 yaşlı vətəndaş yanvarın 31-də Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə daxil olub.

Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qəbul edilərkən ağır və dərin koma vəziyyətində olan xəstə dərhal süni tənəffüs aparatına qoşulub. Kompüter Tomoqrafiyadan (KT) sonra xəstəyə beyinin sol tərəfində beyindaxili qanama, intraserebral hemotoma, kəskin subdural hematoma diaqnozu qoyulub. Xəstə təcili əməliyyata alınıb.

Xəstə üzərində soltərəfli dekompressiv hemikraniektomiya əməliyyatını KTM-in uzman neyrocərrahı Nicat Bayramlı icra edib.

Reanimasiyadan palataya köçürülən xəstənin vəziyyəti qənaətbəxşdir. Yaxın günlərdə evə buraxılması planlaşdırılır.

# 2193
avatar

Arzu Qurbanlı

Oxşar yazılar