Nizami rayonu ilə bağlı yazı müsabiqəsində fərqlənənlər mükafatlandırılıb - FOTO
Bakının Nizami Rayon İcra Hakimiyyəti və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) “Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspiktivlər” mövzusunda birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Fonddan Lent.az-a verilən məlumata görə, Nizami rayonun İcra Hakimiyyətinin başçısı Tahir Budaqov artıq müsabiqənin yekunlaşdığını və qaliblərin müəyyənləşdirildiyini bildirib.
Fondun icraçı direktoru Vüqar Səfərli qeyd edib ki, müsabiqənin keçirilməsində məqsəd Nizami rayonunun sosial-iqtisadi və ictimai həyatında baş verən prosesləri mətbuat vasitəsi ilə ictimaiyyətə daha yaxından çatdırmaqdır . Milli Mətbuatımızın çətin və şərəfli yol keçdiyini söyləyən icraçı direktor dövlətin müstəqil mətbuata daimi qayğı göstərdiyini yığıncaq iştirakçılarının diqqətinə çatdırıb: “Bunun nəticəsidir ki, ölkə başçısının Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb”.
Jurnalist peşəkarlığının artırılması istiqamətində görülən işlərdən danışan V.Səfərli qeyd edib ki, Fondun son illərdə həyata keçirdiyi mühüm layihələrdən biri də kütləvi informasiya vasitələri ilə yerli icra hakimiyyəti orqanları arasında əlaqələrin inkişaf etdirilməsidir. İcraçı direktor belə tədbirlərin mətbuat nümayəndələri ilə yerli icra strukturları arasında əməkdaşlıq münasibətlərinin daha da genişlənməsinə təkan verdiyini bildirib. O həmçinin bu cür tədbirlərin jurnalistlərin sosial durumunun yaxşılaşdırılması baxımından faydalı olduğunu vurğulayıb.
Sonda yazı müsabiqəsində fərqlənən 16 jurnalistə pul mükafatları və xüsusi diplom verilib. Fərqlənənlər arasında Lent.az-ın əməkdaşı Elşən Məmmədov da var.
Ramiz

1150