Mətbuat Şurasının “apelyasiya qrupu”nun iclası keçirilib
19 sentyabr 2011 18:38 (UTC +04:00)

Mətbuat Şurasının “apelyasiya qrupu”nun iclası keçirilib

Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə. İclasda 21 qəzetin Mətbuat Şurasının “qara siyahı”sından adlarının çıxarılması ilə bağlı müraciətinə baxılıb.

Qrupun sədri, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə həmin mətbu orqanların müraciətləri ilə bağlı aparılan araşdırmalar barədə ətraflı məlumat verib. O bildirib ki, siyahıdan çıxarılmada başlıca prinsip kimi Mətbuat Şurasının islahedici missiyası götürülür: “Günahlılar olduğu kimi, günahını anlayanlar və tənqidlərdən nəticə çıxaranlar da var. Bu baxımdan, həm də digərlərinə örnək olmaq üçün özlərini təsdiqləyənlərə şans verilməsi mütləqdir. Lakin onlar fəaliyyətlərində diqqətli olmalıdırlar. Çünki “qara siyahı”dan çıxmaq ora yenidən qayıtmaqdan sığortalamır”.


İclasda bildirilib ki, bir qrup qəzet barədə Mətbuat Şurasının ictimai qınağı tətbiq olunduqdan sonra onlar haqqında quruma heç bir şikayət ünvanlanmayıb. “Apellyasiya qrupu”nun iclası fəaliyyətlərində dönüş yaratdıqları, MŞ-nin tövsiyələrindən nəticə çıxartdıqlarını nəzərə alaraq, “Azad Azərbaycan”, “Press inform”, “Pressinq”, “Qanun çərçivəsi”, “Bizim Vətən” və “Tolerant Azərbaycan” qəzetlərinin adlarının MŞ-nin “qara siyahı”sından çıxarılması üçün təkliflərini Mətbuat Şurasının İdarə Heyətinə təqdim etməyi qərara alıb. Təsisçisi və baş redaktoru vəfat etmiş “Kadr və tərəqqi” qəzeti barədə eyni rəyə gəlinib.
# 555

Oxşar yazılar

Hərbi Hospitalın keçmiş rəisi VƏFAT ETDİ

Hərbi Hospitalın keçmiş rəisi VƏFAT ETDİ

24 may 2024 , 17:12
 Leysan, dolu, qar    - HAVA XƏBƏRDARLIĞI

Leysan, dolu, qar - HAVA XƏBƏRDARLIĞI

24 may 2024 , 16:45
General zorakılığa məruz qalan uşaqlardan  DANIŞDI

General zorakılığa məruz qalan uşaqlardan DANIŞDI

24 may 2024 , 16:05
Həbsdə olan generalın yerinə TƏYİNAT

Həbsdə olan generalın yerinə TƏYİNAT

24 may 2024 , 15:57
Sosial xidmət nədir və kimlərə göstərilə bilər? - CAVAB

Sosial xidmət nədir və kimlərə göstərilə bilər? - CAVAB

24 may 2024 , 15:16
İtaliyanın baş prokuroru Azərbaycana gəlib

İtaliyanın baş prokuroru Azərbaycana gəlib

24 may 2024 , 15:00
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

24 may 2024 , 14:43
ŞAD XƏBƏR:  Azərbaycanda gələn il  pensiyalar artacaq

ŞAD XƏBƏR: Azərbaycanda gələn il pensiyalar artacaq

24 may 2024 , 14:26