Sabah rezidenturaya ərzə qəbulu başa çatır
Rezidenturaya qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu sentyabrın 20-də saat 10:00-da başa çatır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ərizə qəbulu internet vasitəsi ilə aşağıdakı qaydada aparılır:
– Namizəd şəxsiyyət vəsiqəsindən (seriyasından, nömrəsindən və PİN kodundan) və "TQDK-nın ödəmə kartı"ndan (iş nömrəsi və şifrindən) istifadə etməklə TQDK-nın müvafiq internet səhifəsinə (tqdk.gov.az/erizerezidentura) daxil olur və oradakı "Namizədin elektron ərizəsi" formasını doldurur. Namizəd ödəmə kartını virtual formada internet vasitəsilə və ya Azercell-in 7725 xidmətindən istifadə etməklə əldə edir.
– Bundan sonra namizəd tələb olunan sənədləri müvafiq Sənəd Qəbulu Komissiyasına (SQK) təqdim edib “Namizədin elektron ərizəsi” formasını təsdiq etdirir.
Namizədlər “Namizədin elektron ərizəsi” formasını Azərbaycan Tibb Universitetində və TQDK-nın regional bölmələrində (Naxçıvan MR, Gəncə, Şəki, Quba və Lənkəran şəhərlərində) yaradılmış SQK-da təsdiq etdirirlər.
Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin məzunları "Namizədin elektron ərizəsi” formasını TQDK-da yaradılmış SQK-da doldurur və təsdiq etdirirlər.
Bu gün saat 12:00-dək 1005 namizəd elektron ərizə forması doldurub. Onlardan 926 nəfəri elektron ərizəsini SQK-da təsdiq etdirib.

1334