MTRŞ 1 radio və 2 telekanalın lisenziya müddətini uzatdı
15 sentyabr 2011 17:34 (UTC +04:00)

MTRŞ 1 radio və 2 telekanalın lisenziya müddətini uzatdı

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. Lent.az-a Şuranın mətbuat xidmətinin verilən məlumata görə, iclasda “Antenn” Müstəqil Teleradio Şirkətinin radio yayımı üçün, “Dünya” Müstəqil Televiziya Şirkətinin və “Mingəçevir” Televiziyasının regional televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətlərinə baxılıb.

MTRŞ “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 22.3-cü maddəsinin tələblərini rəhbər tutaraq “Antenn” Müstəqil Teleradio Şirkətinin radio yayımı üçün, “Dünya” Müstəqil Televiziya Şirkətinin və “Mingəçevir” Televiziyasının regional televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edib. Həmçinin “SKY” MMC tərəfindən kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması üçün Şuraya müraciət edilmədiyindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 22.3-cü maddəsinin tələblərinə uyğun olaraq “SKY” MMC-nin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılmaması barədə qərar qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 460

Oxşar yazılar