Yol patrul xidməti əməkdaşlarını sevindirən xəbər
Nazirlər Kabineti “Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında” 1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarında dəyişikliklər edib. Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dəyişikliyə əsasən, “Yol hərəkəti haqqında” qanununun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizi Daxili İşlər Nazirliyinin yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunacaq.
472