“Azneft” İB-də fövqəladə hallarla bağlı tədbir keçirilib
12 avqust 2011 14:38 (UTC +04:00)

“Azneft” İB-də fövqəladə hallarla bağlı tədbir keçirilib

ARDNŞ-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Azneft” İB-nin idarə və müəssisələrində baş verə biləcək fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi, belə hallarda işçilərə davranış qaydalarının öyrədilməsi, təlim və məşqlərin keçirilməsi daim diqqət mərkəzindədir.

Bu məqsədlə birlikdə “Baş verə biləcək fövqəladə hadisələr zamanı davranış qaydaları və təxliyə” mövzusunda tədbir keçirilib. Tədbirdə Birliyin rəhbərliyi, şöbə və xidmət işçiləri, mülki müdafiə qüvvələri iştirak edib. Tədbiri Birliyin Baş direktorunun Əməyin mühafizəsi üzrə müavini Cəlair Səmədov açaraq, işçilərin təhlükəsizliyinin təmin edilməsi, qəza və təbii fəlakətlər zamanı onların sağlamlıqlarının qorunması, ziyan və itkilərin maksimum azaldılması üçün ən vacib məsələlərdən biri olduğunu və məşğələlərin bu sahədə böyük əhəmiyyət kəsb etdiyini bildirib.


Metodiki məşğələ isə birliyin Məxfi rejim və hərbi səfərbərlik şöbəsinin mütəxəssisləri tərəfindən aparılıb. “Mülki müdafiə Haqqında” Azərbaycan Respublikasının Qanununda, Mülki müdafiə sahəsində Nazirlər Kabinetinin qərarlarında Azərbaycan Respublikası vətəndaşlarının mülki müdafiə sahəsində vəzifələri, fövqəladə hadisələr zamanı davranış qaydaları, fövqəladə hadisələrin qarşısının alınması, işçilərin mühafizəsinin və təxliyəsinin təşkili barədə izahatlar verilib. Metodiki məşğələdə fövqəladə hadisələr zamanı işçilərin təxliyəsi əsas müzakirə mövzusundan biri olub. Tədbir iştirakçıları sonda zəlzələ və yanğın baş verdikdə təxliyənin yerinə yetirilməsi üzrə fəaliyyət qaydaları haqqında video filmə baxıb.
# 731

Oxşar yazılar