Orta ixtisas təhsili müəssisələrinə 31 min şagird sənəd verib
12 avqust 2011 12:47 (UTC +04:00)

Orta ixtisas təhsili müəssisələrinə 31 min şagird sənəd verib

2011-2012-ci tədris ili üçün Azərbaycanın orta ixtisas təhsili müəssisələrinə 31 min şagird sənəd verib.

Lent.az-ın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə açıqlama verib.

O deyib ki, müraciətin bu qədər olması onlara regionlarda da imtahanlar keçirməyə imkan verir: “Biz hazırda statistik araşdırmalar aparırıq. Çalışırıq ki, elə regionlara imtahan salaq ki, şagirdlər yaşadığı rayonlarda rahatlıqla imtahanlarını versinlər, əziyyət çəkib paytaxta gəlməsinlər”.

M. Abbaszadə deyib ki, orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu da internet vasitəsilə aparılıb və bu göstərir ki, Azərbaycanda internetdən istifadə bacarığı artıq orta məktəbin 9-cu sinif şagirdləri tərəfindən də rahatlıqla mənimsənilib.

TQDK sədri, həmçinin, onu da bildirib ki, orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu zamanı şagirdlərdən və valideynlərdən onlara heç bir şikayət daxil olmayıb.

Qeyd edək ki, orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu prosesi dünən yekunlaşıb.

Anar GƏRAYLI
# 449

Oxşar yazılar