Bakıda 14 min manata aptek satılır
Əmlak Məsələləri Dövlət Komitəsi respublikanın şəhər və rayonlarında hərraca çıxarılacaq kiçik dövlət müəssisə və obyektlərinin siyahısını açıqlayıb. Lent.az-ın Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Səhiyyə Nazirliyi, “Əczaçılıq və Tibb Sənayesi” Birliyi, Bakı şəhər Apteklər İdarəsinin nəzdində olan 755 saylı aptek Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşir.
Sahəsi 257,6 kvadrat metr olan aptekin start satış qiyməti 14 min 342 manat, ilkin satış qiyməti 12 min 191 manatdır.
Hərraca çıxarılan “Şimşək” kafesi isə Mingəçevir şəhəri, K.Hüseynov küçəsi, 9A ünvanında yerləşir və İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin nəzdindədir. Sahəsi 205,6 kvadrat metr olan kafenin start satış qiyməti 14 min 11 manat, ilkin satış qiyməti 11 min 909 manatdır.

1284