Bu gün IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir
16 iyul 2011 11:00 (UTC +04:00)

Bu gün IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirir. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu gün eyni zamanda Hərbi Liseylərə, Azərbaycan Tibb Universitetinin Orta Hərbi Tibb Məktəbinə (Feldşer ixtisası üzrə) də qəbul imtahanı keçirilir.

İmtahan Respublikanın 4 şəhərində - Bakıda 21, Naxçıvanda 3, Gəncədə 3, Lənkəranda 2 binada keçirilir. Orta ümumtəhsil müəssisələrindən 1290 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 132 imtahan rəhbəri cəlb olunub. IV qrup üzrə 14 min 619 abituriyent ərizə təqdim edib. IV ixtisas qrupu üzrə sənəd verənlərin 13 min 525 nəfəri Azərbaycan bölməsinin, 1094 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 7 min 307 nəfərini oğlanlar, 7 min 312 nəfərini isə qızlar təşkil edir. 8 min 281 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur. 5 min 882 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 70 abituriyent xarici ölkələrin vətəndaşıdır. 51 abituriyent ali təhsillidir və IV ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 405 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur. Ən yaşlı abituriyent 1958-ci ildən, ən gənc isə 1996-cı ildəndir.

Bakı şəhərində 10 min 804 abituriyent, Naxçıvanda 1048 abituriyent, Gəncədə 1848, Lənkəranda isə 919 abituriyent imtahan verəcək. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır və 3 saat ərzində aparılacaq. Bu ixtisas qrupuna tibb, kimya, biologiya, aqrar, psixologiya və idman ixtisasları daxildir. Abituriyentlər ana dili, riyaziyyat, fizika, kimya və biologiya fənlərindən imtahan verirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 558

Oxşar yazılar