I qrupda dövlət sifarişli yerlər uğrunda yüksək müsabiqə vəziyyəti yoxdur
15 iyul 2011 12:54 (UTC +04:00)

I qrupda dövlət sifarişli yerlər uğrunda yüksək müsabiqə vəziyyəti yoxdur

I ixtisas qrupunda imtahan verən 9513 abituriyent ixtisas seçimi müsabiqəsinə buraxılacaq. Lent.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.

M.Abbaszadə qeyd edib ki, ixtisas seçimi müsabiqəsində iştirak hüququ qazananların əksəriyyəti bu il orta məktəbi bitirən məzunlardır. Ümumiyyətlə, imtahanda iştirak edən abituriyentlərin 29 faizi müsabiqəyə buraxılıb. Ayrılıqda götürdükdə, bu il orta məktəbi bitirən məzunların 42 faizi, əvvəlki illərdə orta məktəbi bitirən məzunların 13 faizi ixtisas seçimi müsabiqəsinə buraxılacaq.

Müsabiqədə təqdim olunan 3996 yer dövlət sifarişlidir. 4511 abituriyent dövlət sifarişli yerlər uğrunda mübarizə hüququ qazanıb. Yəni dövlət sifarişli yerlər uğrunda elə yüksək müsabiqə vəziyyəti yoxdur. Dövlət sifarişli yerlər uğrunda bu ilin məzunu olan və müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin 42 faizindən yalnız 23 faizi mübarizə apara biləcək. Əvvəlki illərin məzunları olan və ixtisas seçimi müsabiqəsinə buraxılan məzunların 13 faizindən yalnız 3 faizi dövlət sifarişli yerlər uğrunda mübarizə hüququ qazanıblar.

Ramiz MİKAYILOĞLU
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 461

Oxşar yazılar