Nazirlikdən mehmanxanalara “Eurovision-2012” tövsiyəsi
14 iyul 2011 17:34 (UTC +04:00)

Nazirlikdən mehmanxanalara “Eurovision-2012” tövsiyəsi

Mədəniyyət və Turizm Nazirliyi gələn ilin mayında Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012” yarışması ilə əlaqədar ölkədəki bütün mehmanxanalara tövsiyələr verib.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir təklif edir ki, sentyabrın 1-dək “Eurovision” müsabiqəsinə hazırlıq məqsədi ilə mehmanxanalarda yer satışı dayandırılmalıdır: “Biz ilk növbədə düzgün siyasəti müəyyənləşdirməliyik. Həmin müddətdə ölkəmizə çoxsaylı qonaqlar və media nümayəndələri gələcək. Onlar yerləşdirildikdən sonra mehmanxanalarda yer satışı azad buraxılacaq”.


Ə. Qarayev bildirib ki, satış işlərinin düzgün qurulması turizm şirkətlərinin işidir: “Biz onlara lazımi köməkliklər göstərəcəyik ki, həmin müddətdə qiymətlər qalxmasın”.


Otellərdə xidmət səviyyəsinin o qədər də qənaətbəxş olmadığını qeyd edən nazir bu məsələnin müsbət nəticə verməsinin hamıdan asılı olduğunu qeyd edib: “Dövlət tərəfindən bununla bağlı müəyyən tədbirlər görülür. Bununla bağlı müxtəlif treninqlər həyata keçirilir, yerlərdə xidmət göstərən insanların hər biri onu düşünməlidir ki, xidmətləri beynəlxalq səviyyəyə uyğun olsun. Bunun üçün lazımi işlər görülmədədir. Bu sistemdə çalışanlar treninq kurslara cəlb edilməlidir. Eyni zamanda, qeyd etmək istərdim ki, bu məsələ tək turizm xidmətlərinə aid olunmamalıdır. Biz hər birimiz gündəlik həyatımızda da qonaqpərvərliyimizi nümayiş etdirməliyik”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 459

Oxşar yazılar