46 meşə mühafizəçisi işdən azad olunub
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu ilin 6 ayı ərzində meşələrin artırılması, bərpası və mühafizəsi sahəsində görülən işlərlə bağlı məlumat yayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin tabeli qurumları tərəfindən 6 ay ərzində 1330 hektar plan-proqnoza qarşı 1335 hektar sahədə meşə əkini və səpini işləri həyata keçirilib.
Meşə əkinlərinin becərilməsi məqsədilə 15 min 893 hektar sahədə xidmət, 13 min 636 hektar sahədə isə suvarma işləri aparılıb. 5 min 429 kiloqram plan-proqnoza qarşı 14 min 284 kiloqram toxum tədarük edilib. Tabeli qurumların tinglik sahələrinin səpin şöbələrində 49,34 hektar sahədə toxum səpilib, böyütmə şöbələrində 38,98 hektar sahədə 1495 min ədəd toxmacar, kökləndirmə şöbələrində isə 22 hektar sahədə 1089 min ədəd çilik basdırılıb. 1322 hektar sahədə torpaq hazırlığı işləri aparılıb.
6 ay ərzində 77 min 413 manat dəyərində 10 min 384 m3 həcmində qanunsuz qırıntı aktlaşdırılıb və qanunamüvafiq tədbirlər görülüb. Hesablanmış 77 min 413 manat ziyanın 41 min 215 manatının (53,2 %) ödənilməsi təmin olunub. Təqsirkarlar barəsində qanunamüvafiq tədbirlər görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilmiş 26122 manat məbləğində 140 işdən 27-nə baxılaraq 3747 manatın (14,3%) ödənilməsi təmin edilib.
2011-ci ilin müvafiq dövrü ərzində vətəndaşlardan 204 ərizə və şikayət daxil olub, 190 müraciət araşdırılaraq qanunamüvafiq tədbirlər görülub, 14 müraciət isə icradadır. Meşə Mühafizəsi və Bərpası Müəssisələrində aparılmış yoxlamalar zamanı işlərində qanun pozuntusuna yol verdiklərinə görə 46 nəfər meşə mühafizəçisi işdən azad olunub, 145 nəfərə töhmət, 55 nəfərə isə şiddətli töhmət verilib.

570