Şeyxülislam: “Qəbir yerlərinin satılması haramdır”
13 iyul 2011 14:21 (UTC +04:00)

Şeyxülislam: “Qəbir yerlərinin satılması haramdır”

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə bildirib. QMİ sədri deyib ki, pul verib qəbir yeri almaq özü də haram sayılır: “Həm də qəbir almaq üçün pul vermək, rüşvət vermək deməkdir”.


A.Paşazadə məscidlərdə ölü yuyulması barədə qiymətlərin müəyyənləşdirilməsinə, bunun elan şəklində verilməsi barədə suallara da cavab verib. Onun sözlərinə görə, QMİ məscidlərdə ölü yuyulması ilə məşğul olanlara hər ay 500 manat pul verir: “Hər bir şəxs öz ölüsünü özü yumalıdır. Ölüyə qüsul verilməsi vacibdir. Hər bir şəxs bunu öz ölüsü üçün özü etməlidir. Biz məscidlərdə bunun üçün şərait yaratmışıq. Amma insanlar bunu etmir, ölülərini kiməsə yudurdurlar. Buna görə də haqq ödənilir. Kiməsə “mənim atamın ölüsünü yu” deyirsənsə, əlbəttə ki, ona haqq verməlisən. Amma hər bir şəxs öz ölüsünü özü yusa, daha yaxşı olar”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 523

Oxşar yazılar