Orta məktəblərdə vakant müəllim yerlərinə 5630 nəfər sənəd verib
Bu günədək həmin yerlərə 5630 nəfər sənəd verib. Bu haqda APA-ya Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov məlumat verib.
F. Qədirovun sözlərinə görə, ərizələrin 1165-i ibtidai sinif, 948-i ingilis dili, 790-ı Azərbaycan dili və ədəbiyyat, 629-u riyaziyyat, 460-ı tarix, 299-u fizika, 257-si informatika, 254-ü biologiya, 212-si kimya, 193-ü fiziki tərbiyə müəllimliyi ixtisasları üzrədir. Gənclərin çağırışa qədərki hazırlığı, əmək, musiqi, təsviri incəsənət, rəsmxət ixtisaslarının hər biri üzrə isə 50-ə yaxın ərizə daxil olub: “Bütün ixtisaslar üzrə ərizə verənlərin 70 faizdən çoxu Bakı şəhərində olan vakant yerləri seçib”.
Qeyd edək ki, Azərbaycanda hazırda 2177 müəllimə ehtiyac var. Vakant yerlərin 347-si Bakı şəhəri üzrə, 1803-ü isə digər şəhər və rayonlar üzrədir. Müəllimlərdən elektron ərizələrin qəbulu iyulun 15-dək davam edəcək. Avqustun 1-dən isə müsabiqələrin keçirilməsinə başlanacaq.

625