Azərbaycanın əhalisinin sayı 9,165 mln. nəfərdir
Dövlət Statistika Komitəsindən “APA-ECONOMICS”ə verilən məlumata görə, əhalinin 49,6%-ni kişilər, 50,4%-ni qadınlar təşkil edir. Əhalinin 22,3%-i 0-14 yaşda, 72%-i 15-64 yaşda, 6%-i 65 və yuxarı yaşda olanlardır.
Cari ilin I yarısında 80,2 min, gündə təxminən 443 körpə doğulub, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə hesabı ilə doğumun səviyyəsi 17,3-dən 17,9-dək artıb. Cari ildə doğulan körpələr üçün 73,6 yaş, o cümlədən oğlanlar üçün 70,9 yaş, qızlar üçün 76,2 yaş ömür uzunluğu gözlənilir.
Yanvar-iyun aylarında ölkədə 38,6 min nikah, 5,4 min boşanma qeydə alınıb və 2010-cu ilin birinci yarısına nisbətən əhalinin hər 1 000 nəfərinə hesabı ilə nikahların sayı 7,4-dən 8,6-ya, boşanmaların sayı isə 1-dən 1,2-yə qədər artıb. Bu ilin 6 ayı ərzində yaşamaq üçün Azərbaycana 1,1 min nəfər gəlib və 0,2 min nəfər ölkədən gedib.

558