Qafqaz Müsəlmanları İdarəsinə büdcədən yardım ayrılacaq
08 iyul 2011 16:52 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsinə büdcədən yardım ayrılacaq

Bu barədə APA-ya Azərbaycan hökumətindəki mənbələrdən bildirilib. QMİ-nin maliyyələşməsi Azərbaycan prezidentinin 1 iyul 2011-ci il tarixi fərmanı əsasında həyata keçiriləcək. Fərmanda Nazirlər Kabinetinə üç ay müddətində dövlət tərəfindən dini mərkəzə (idarələrə) maliyyə yardımı göstərilməsinə, o cümlədən Qafqaz Müsəlmanları İdarəsinin müvafiq ölkələrdə nümayəndəliklərinin maliyyələşdirilməsinə dair təklifləri Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb. Azərbaycanda dini mərkəz (yaxud idarə) kimi isə dövlət qeydiyyatından indiyədək yalnız QMİ keçib. Bu səbəbdən də dini qurumlardan yalnız QMİ maliyyə yardımı alacaq. Bu dini quruma ilk maliyyə yardımının 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulması planlaşdırılır.


QMİ-nin müxtəlif ölkələrdə nümayəndəlikləri yaradılacaq və həmin təmsilçiliklər də dövlət büdcəsindən maliyyələşək ki, bu barədə də fərmanda açıq göstərilib.
Azərbaycan prezidentinin 10 iyun 2011-ci il tarixdə imzaladığı “Dini etiqad azadlığı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanunda isə qeyd edilib ki, dini qurumlara dövlət və yerli özünüidarə orqanları tərəfindən maliyyə yardımı göstərilə bilər. Yəni, gələcəkdə digər dini qurumların (o cümlədən dini icmaların) da dövlət və yerli bələdiyyə maliyyə yardımı alması mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 591

Oxşar yazılar