Şimali Kipr Məclisinin mətbuat katibi Mətbuat Şurasında olub
Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, Mətbuat Şurasının sədri Əflatun Amaşov görüşdə Azərbaycan mediasının mövcud durumundan danışıb.
Əflatun Amaşov Mətbuat Şurasının beynəlxalq əlaqələrə daim böyük önəm verdiyini və bu münasibətlərdə Türkiyə, Şimali Kipr amilinin hər zaman böyük önəm daşıdığını vurğulayıb: “Azərbaycan jurnalistlərinin Şimali Kiprə səfərləri artıq ənənəyə çevrilib. Hesab edirik ki, bu, təcrübə mübadiləsi baxımdan mühüm məsələdir. Amma qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsinə, onun miqyasının böyüdülməsinə ehtiyac var”.
Gökhan Gülər Cümhuriyyət Məclisinin ictimaiyyətlə əlaqələr sahəsindəki fəaliyyətindən söhbət açıb. O, Azərbaycan və Şimali Kipr jurnalistləri arasında yaradıcılıq mübadilələrinin aparılmasını vacib sayıb. Görüşdə qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinin yolları ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.

490