Bakıda keyfiyyətsiz içki istehsal edən sahibkarlar cərimələndi
08 iyul 2011 11:35 (UTC +04:00)

Bakıda keyfiyyətsiz içki istehsal edən sahibkarlar cərimələndi

Bakı şəhəri, Xətai rayonu, A.İsmayılov küçəsində "Mahmud Topçu K" İstehsal Kommersiya Firmasına məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı “Bakinskiy dvorik” və “Rayskiy dvorik” adlı sərinləşdirici içkilərin etiketlərində məhsulun istehsal ilinin, eləcə də Azərbaycan dilində məlumatların göstərilməsi, “Kryuşon” adlı sərinləşdirici içkinin etiketində isə 2 fərqli saxlama müddətinin qeyd olunması səbəbindən bu təsərrüfat subyekti barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılıb və “Haqsız rəqabət haqqında” qanunun tələblərini pozduğuna görə “Mahmud Topçu K” İstehsal Kommersiya Firmasına 1498 manat maliyyə sanksiyası tətbiq edilib.

Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 32a ünvanında Xalisə Dünyamalıyevaya məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı da “Düşes” və “Tərxun” sərinləşdirci içkilərinin, meyvə nektarlarının müvafiq reseptura olmadan istehsal edilməsi, “Düşes” və “Tərxun” sərinləşdirci içkilərinin yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin edilməsi, meyvə nektarlarının etiketlərində saxlama temperaturunun normativ sənədlərdə müəyyən edilmiş normadan artıq göstərilməsi, habelə məhsul istehsalı zamanı “Effort” əmtəə nişanından qanunsuz istifadə edilməsi səbəbindən bu sahibkar barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılıb və “Haqsız rəqabət haqqında” qanunun tələblərini pozduğuna görə Xalisə Dünyamalıyevaya 928 manat maliyyə sanksiyası tətbiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 604

Oxşar yazılar