Prezident İlham Əliyev Xəzər rayonunda görülən işlərlə tanış olub
Lent.az-ın “AzərTAc” agentliyinə istinadən verdiyi məlumata görə, müşavirədə dövlət başçısı şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı tapşırıqlar verib. Bu tapşırıqların icrası ilə yerində tanış olmaq üçün Prezident İlham Əliyev iyulun 7-də Xəzər rayonunun Buzovna qəsəbəsində görülən işlərlə yaxından tanış olub.
Məlumat verilib ki, şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə dövlət başçısının verdiyi tapşırıqlara uyğun olaraq paytaxtın digər kənd və qəsəbələrində olduğu kimi, Xəzər rayonunun Buzovna qəsəbəsində də genişmiqyaslı quruculuq işləri aparılır, yollar abadlaşdırılır, qəsəbənin sosial infrastrukturu yenilənir.
Prezident İlham Əliyev əvvəlcə magistral yolun kənarında yerləşən çoxmərtəbəli yaşayış binalarının üzlənməsinə baxıb.
Bildirilib ki, zövqlə və müasir materiallarla üzlənən binalar tamamilə müasir görkəm alır və qəsəbənin ümumi mənzərəsinə yeni çalarlar əlavə edir. Xüsusi işıqlandırma sistemi binaları gecələr daha yaraşıqlı edir. Üzlənmə ilə yanaşı, binaların blokları da yenidən qurulur, liftlər yeniləri ilə əvəzlənir.
Prezident İlham Əliyev abadlıq və yenidənqurma işləri zamanı sakinlərin istirahəti üçün yaradılan şəraitlə də tanış olub.
Diqqətə çatdırılıb ki, binaların həyətlərindəki köhnə istirahət yerləri müasirləşdirilir, bəzi məhəllələrdə yeniləri yaradılır. Bu zaman istirahətin rəngarəngliyi də nəzərə alınır. Yeni quraşdırılan maraqlı uşaq əyləncə qurğuları, idman meydançaları balaca sakinlərin ürəyincədir. Böyüklər isə asudə vaxtlarında yeni yaradılan qurğularda idmanın müxtəlif növləri ilə məşğul ola bilirlər. Binaların həyətlərində yeni oturacaqlar quraşdırılıb. Buzovna qəsəbəsində daha bir yenilik ondan ibarətdir ki, magistral yolla yaşayış binaları arasında gözəl istirahət parkı salınıb.
Prezident İlham Əliyev burada yaradılmış şəraitlə də tanış oldu.
Bildirildi ki, istirahət yerində tamamilə yeni işıqlandırma sistemi yaradılmış, oturacaqlar quraşdırılıb.
Qəsəbədə aparılan abadlıq və yenidənqurma işləri ilə tanışlıqdan sonra dövlətimizin başçısı sakinlərlə görüşüb.

655