FHN üçün hazırlanan mütəxəssislər Belarusda təhsilini başa vurub – FOTO
07 iyul 2011 19:38 (UTC +04:00)

FHN üçün hazırlanan mütəxəssislər Belarusda təhsilini başa vurub – FOTO

Bu barədə APA-ya Azərbaycan Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

İnstitutu müvəffəqiyyətlə bitirmələri münasibətilə diplom və döş nişanları təqdim olunmuş 279 məzun arasında Azərbaycandan 39 nəfər olub. Bu, eyni zamanda Mühəndis-Komanda İnstitutunda Azərbaycan FHN üçün hazırlanmış mütəxəssislərin ilk buraxılışıdır.

Mərasimdə çıxış edən Belarusun fövqəladə hallar naziri Vladimir Vaşşenko məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Məzunları təbrik edən fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə isə Mühəndis-Komanda İnstitutunda tədrisin yüksək keyfiyyətinin peşəkar mütəxəssislər yetişdirməyə imkan verdiyini qeyd edib. Azərbaycanın 39 vətəndaşının ilk dəfə olaraq bu tədris müəssisəsini bitirdiyini vurğulayan F. Tağızadə, həmçinin, azərbaycanlı məzunlara leytenant rütbələrinin verilməsi haqqında əmri oxuyub.

Gənc məzunlar, öz növbəsində, burada yiyələndikləri bilik və vərdişləri yüksək qiymətləndirib, əldə etdikləri nəzəri bilikləri praktikada tətbiq etməyə hazır olduqlarını bildiriblər.

Məzunlar institutun bayrağı ilə təntənəli şəkildə vidalaşıb. Ənənəyə görə, birinci kurs tələbələrinə üzərində arzu və diləkləri yazılmış rəmzi dəbilqə təqdim ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2080

Oxşar yazılar