“Mediada dil faktoru”
06 iyul 2011 16:21 (UTC +04:00)

“Mediada dil faktoru”

Qurumdan Lent.az-a daxil olan məlumata görə, MŞ-nin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı «Azərbaycan mediasında dil xüsusiyyətləri» layihəsi çərçivəsində keçirilən toplantı iyulun 14-də baş tutacaq.


Tədbirdə MŞ-nin sözügedən layihə çərçivəsində apardığı monitorinqin ilkin nəticələri açıqlanacaq, mediada ədəbi dilin pozulmasının təzahür formaları ətrafında fikir mübadiləsi aparılacaq, mövcud sahədəki problem və çatışmazlıqların aradan qaldırılması yolları müzakirə olunacaq.


Qeyd edək ki, bu ilin mayından həyata keçirilən layihənin müddəti 4 aydır. Bu vaxt ərzində monitorinqlə yanaşı, mediada Azərbaycan ədəbi dilindən istifadənin vəziyyətinə dair daha bir «dəyirmi masa»nın və ümumrespublika konfransının təşkili nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 538

Oxşar yazılar