TQDK Rusiya ali məktəblərinə imtahanların vaxtlarını açıqladı
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011-ci il mayın 21-də Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda (MDBƏİ), həmçinin Rusiya Federasiyasının digər ali təhsil müəssisələrində təhsil almaq istəyən Azərbaycan vətəndaşları üçün qəbul imtahanı keçirəcək. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, həmin gün eyni zamanda Rusiya Xalqlar Dostluğu Universitetinin Filologiya ixtisaslaşması üzrə magistraturasında Azərbaycan vətəndaşları üçün ayrılmış yerlərin müsabiqəsində iştirak edən bakalavrların imtahanı olacaq.
Qəbul haqda məlumatlar KİV-də dərc edilib, qəbul elanı, bununla bağlı bütün məlumatlar, o cümlədən müsabiqə şərtləri TQDK-nın rəsmi internet səhifəsində - www.tqdk.gov.az yerləşdirilib.
Rusiyanın 25-dən artıq ali təhsil müəssisəsində bakalavriatura səviyyəsində 48 plan yeri ayrılıb. Həmin universitetlərin sırasına N.E.Bauman adına Moskva Dövlət Texniki Universiteti, Sankt-Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universiteti, Moskva Aviasiya İnstitutu, Volqoqrad Dövlət Universiteti və s. daxil edilib.
Azərbaycan vətəndaşlarının bakalavriatura səviyyəsində MDBƏİ-də təhsil alması üçün 3 yer (ödənişsiz əsaslarla) təqdim olunub.
Rusiya Xalqlar Dostluğu Universitetinin Filologiya ixtisaslaşması üzrə magistraturasında Azərbaycan gənclərinin dövlət hesabına təhsil almaları üçün 2 yer ayrılıb.
Müsabiqədə iştirak etmək üçün qeydiyyat 2011-ci il mayın 11-dən 18-dək aparılıb. MDBƏİ-yə qəbul imtahanında iştirak etmək üçün 30, RF-nin digər ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün 87 nəfər, Rusiya Xalqlar Dostluğu Universitetinin magistraturasına qəbul imtahanında iştirak etmək istəyən 4 nəfər, ümumilikdə 121 gənc qeydiyyatdan keçib.
Abituriyentlər (bakalavrlar) “İmtahana buraxılış vərəqəsi”ni mayın 20-dən etibarən TQDK-nın internet saytına daxil olub çap edib götürməlidirlər.
İmtahan nəticələri həmin gün Komissiyanın internet səhifəsində yerləşdiriləcək. Test imtahanı nəticəsində bakalavriatura səviyyəsində I ixtisas qrupunda 350 və daha yüksək, digər qruplarda 400 və daha yüksək bal toplayan abituriyentlər II mərhələyə - müsahibəyə buraxılacaq.
Müsahibə TQDK-da 2011-ci il mayın 23-də keçiriləcək və bu zaman Azərbaycan bölməsi abituriyentlərinin rus dilini, rus bölməsi abituriyentlərinin isə Azərbaycan dilini bilmə səviyyəsi, eləcə də ümumi dünyagörüşü yoxlanacaq.
Rusiya Xalqlar Dostluğu Universitetinin Filologiya ixtisaslaşması üzrə magistraturasına keçirilən imtahanda bakalavrların təklif olunan mövzu üzrə rus dilində inşa yazmaları tələb olunur.
Yazı işi 50 ballıq şkala üzrə qiymətləndirilir. 30 və daha çox bal toplayanlar müsahibəyə buraxılacaqlar. Müsahibə 2011-ci il mayın 23-də keçiriləcək. Müsahibədə məqbul alanlar ixtisaslaşma seçiminə və müsabiqəyə buraxılacaq.
Müsabiqə magistraturaya qəbul imtahanının birinci mərhələsi və yazı işindən toplanılan balların cəminə əsasən aparılacaq. Ümumi balı eyni olan bakalavrlardan yazı işindən daha çox bal toplayana üstünlük veriləcək.

609