Azərbaycanda xarici dildə mətbuat ənənəsi
Heç kimə sirr deyil ki, bu nəşrlərin təxmini desək, yalnız 50-60-ı bu gün normal fəaliyyət göstərir və mütəmadi olaraq çap olunurlar. Azərbaycanda nəşr olunan mətbu orqanların 126-sı xarici dildə çıxan nəşrlərin payına düşür ki, bu da ümumi nəşrlərin 5 % - dən azını təşkil edir. Onlardan isə 68-i rus dilində, 55-i ingilis dilində, 1 qəzet fransız dilində, 1-i ispan, 1-i isə alman dilində qeydiyyatdan keçmişdir. Bu qəzetlərin arasında da “adı var, özü yox” məsəlinə uyğun qəzetlər var. Həmçinin burada maraqlı olan bir amil da ondan ibarətdir ki, bəzi qəzetlərin adı ingilis dilində olsa da, əslində həmin qəzetlər elə Azərbaycan dilində nəşr olunur. Yəni adı başqa dildə, özü başqa dildə.
Azərbaycanda xarici dildə nəşr olunan mətbu orqanlardan danışarkən, ilk növbədə Azərbaycanın mətbuat tarixini, xüsusilə də təkcə Azərbaycan deyil, Zaqafqaziya adlandırılan hər üç Qafqaz ölkəsinin mətbuat tarixini nəzərdən keçirmək lazımdır. Belə ki, uzun müddət Zaqafqaziyanın inzibati və mədəniyyət mərkəzi Tiflis şəhəri olduğundan mətbuat və ədəbiyyata da bu öz təsirini göstərmişdir. Bakıda rus dilində ilk qəzetin nəşrinədək Azərbaycan xalqının iqtisadi və mədəni həyatına aid məlumatlar Tiflisdə çıxan qəzetlərdə əks olunurdu.
XIX əsrin 20-ci illərində Zaqafqaziyada ilk mətbu orqan “Tiflisskiye vedomosti” qəzeti (1828-1832) olmuşdur. 1828-ci ildə rus dilində nəşr olunmağa başlayan bu qəzet 1829-cu ildə gürcü dilində, 1832-ci ildə Azərbaycan dilində buraxılmışdır. Azərbaycan dilində qəzet “Tiflis əxbarı” adlanırdı.
“Zakavkazskiy vestnik” qəzeti isə 1841-ci ildə rus dilində nəşrə başlamışdır. Bu qəzet sonralar gürcü və Azərbaycan dillərində də buraxılmışdır. Qəzet Azərbaycan dilində “Qafqazın bu tərəfinin xəbəri” adı ilə 1845-ci ildə nəşr olunmağa başlamışdır.
Azərbaycanda çıxan ilk rusdilli qəzet isə “Bakinskiy listok” hesab edilir. İlk nömrəsi 1871-ci il martın 19-da nəşr olunmuşdur. Ümumiyyətlə, 1870-ci ildən 1889-cu ilədək Qafqazda 56 mətbu orqan fəaliyyət göstərmişdir. Onlardan 20-si rus dilində, 15-i gürcü dilində, təəssüf ki, elə o qədər də, 15-i erməni dilində, 3-ü isə Azərbaycan dilində olmuşdur. Əgər ayrı-ayrı cəmiyyətlərin və təşkilatların rəsmi nəşrlərini nəzərə alsaq, bu rəqəm 69-a çatar.
Ümumiyyətlə, XIX əsrin əvvəllərində Azərbaycanda nəşr olunan mətbu orqanlar tatar, rus, gürcü, erməni, fars, türk dillərində olmuşdur. Təbiidir ki, bu hal həmin dövrdə çar Rusiyasının apardığı siyasətin tərkib hissəsi kimi təzahür edirdi və bu, “Əkinçi”nin nəşrinədək davam etdi. Azərbaycan milli mətbuatımızın banisi maarifpərvər ziyalı Həsənbəy Zərdabinin zəhməti ilə ilk Azərbaycandilli qəzetimiz məhz XIX əsrin sonlarında işıq üzü görməyə başladı.
Sovet dönəmində isə xarici dildə heç bir mətbu orqan olmamışdır. Sovetlər Birliyinə gələn turistlər üçün Avropa dillərində buraxılan müxtəlif bukletləri nəzərə almasaq belə nəşrlər ümumiyyətlə mövcud deyildi. Rus dili sovet vətəndaşlarının ümumi ana dili olduğundan bu dövrdəki rusdilli qəzetləri bura daxil etmirik.
Bununla belə, rusdilli nəşrlərdən danışarkən, əvvəlcə onu çeşidləmək lazımdır.
1. Sovet dövründən bəri nəşr olunanlar.
2. Müstəqillik illərində KİV-in sırasına daxil olanlar.
Birinciyə daxil olanlara “Bakinskiy raboçiy”-dən başlayaraq Kommunist, İzvestiya, Vışka və sair qəzetlərin adını çəkmək olar. İkinci qrupa aid olan nəşrlərin isə ilk qaranquşu “Exo” olub. Daha sonra Zerkalo, Günay, Nedelya, Sodrujestvo qəzetləri çıxmağa başlayıb.
Azərbaycan müstəqillik qazandıqdan sonra isə ölkəmizdə ingilis dilində nəşrlər buraxılmışdır. Respublikada ilk ingilis dilində nəşr olunan milli qəzet “Azərnyus” qəzeti olmuşdur. İlk dəfə xarici agentliklərə ingilis dilində xəbər yayan informasiya agentliyi 1991-ci ildə yaradılmış “Assa-İrada” informasiya agentliyi olmuşdur. Bu gün isə ölkədə informasiya agentliklərinin hər biri Azərbaycan dili ilə yanaşı, rus, ingilis dillərində informasiyalar yayır. Həmçinin bir sıra agentliklər ingilis dili ilə yanaşı, fransız, ərəb, fars və alman dilində xəbər və məlumatlar yayır.
Dövri mətbuatda artıq ingilis dilli qəzet və jurnalların sayı artmışdır və bu gün ölkədə 60-a yaxın qeydiyyatdan keçmiş ingilis dilli nəşr vardır. Lakin onların heç də hamısı aktiv fəaliyyət göstərmir.
Azərbaycanda ilk fransız dilində qəzet 1999-cu ildə təsis olunmuşdur. “Az-Media” adlı bu qəzet Beynəlxalq Fransızdilli Mətbuat Birliyinin orqanı kimi fəaliyyət göstərirdi. 2006-cı ildə qəzet öz fəaliyyətini dayandırmışdır. Qeyd edək ki, bu qəzet Qafqaz regionunda da ilk fransızdilli qəzet sayılır. Məhz bu təşəbbüsdən sonra qonşu Gürcüstanda “La vie en Georgie “ (Gürcüstanda həyat) adlı qəzet nəşrə başlamışdır.
“Le Carrefour” qəzeti bu gün Azərbaycanda fransız dilində nəşr olunan yeganə qəzetdir. Əsas məqsədi Azərbaycan və Fransa, eyni zamanda fransızdilli ölkələr arasında mədəni, iqtisadi, elmi əlaqələri inkişaf etdirmək, fransızlari və ümumilikdə əcnəbiləri ölkəmizdə baş verən sosial-ictimai, mədəni, iqtisadi hadisələr barədə məlumatlandırmaq, onlara öz dillərində informasiya verməklə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, həmçinin Azərbaycanı Fransada və fransızdilli ölkələrdə tanıtmaqdır. Azərbaycan tarixi, mədəniyyəti, musiqisi, təbiəti ilə bağlı məqalələr verməklə milli-mənəvi dəyərlərimizi təbliğ etməkdir.
Azərbaycanda xarici dildə mətbuatın tarixinin Azərbaycan milli mətbuatının yaranma tarixindən də əvvələ gedib çıxması ölkəmizdə başqa dildə nəşr olunan mətbu orqanların həm də tarixi bazasının olduğunu göstərir. Hazırda isə başqa dildə nəşr olunan mətbu orqanların məsuliyyəti ikiqat artıb. Çünki bugünkü müasir dünyada informasiyanın oynadığı rol və tutduğu yer buna rəvac verir. Bu gün medianın fəaliyyəti təkcə ictimai rəyin formalaşmasında, cəmiyyətdə hansısa ideyaların (həm müsbət və həm də təəssüf ki, mənfi mənada) təbliği ilə məhdudlaşmır. Bu baxımdan, öz dilimizlə yanaşı, xüsusən xarici dildə nəşr etdiyimiz mətbu orqanlarda öz əksini tapan yazı və məqalələrin monitorinqi vacibdir. Dil geniş anlayış olduğundan onun hər bir xalqın milli-mənəvi dəyərlərinin tərkib hissəsi olduğu məlumdur. Məhz həmin dildə danışan və düşünən şəxsə öz dilində hansısa məlumatı dəqiqliklə çatdırmaq məsuliyyətli bir işdir. İnformasiya təhlükəsizliyi baxımından belə nəşrlərin monitorinqi, oradakı dil meyarlarının qorunub saxlanması və xarici dilli qəzetlər nəşr olunan redaksiyalarda işçi heyətin dil vərdişlərinə nə dərəcədə yiyələnməsi məsələnin texniki tərəfi olması ilə yanaşı, həm də çox vacib bir məsələdir.
Son dövrlər artan bir sıra elektron KİV-də xarici dilli bölümlərin olması da məqsədəmüvafiqdir. Dövlətin informasiya təhlükəsizliyinin qorunması baxımından yayılan informasiyaların doğru-dürüstlüyü ilə yanaşı, bu məlumatların, ümumiyyətlə, başqa dillərdə yayımlanmasının zəruriliyi isə məsələnin digər tərəfidir. Bu barədə düşünməyə dəyər.
Zeynab Kazımova
Azərbaycan Dillər Universitetinin
İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin rəhbəri,
Fransızdilli “Le Carrefour” qəzetinin baş redaktoru

1335