BQXK koordinatoru: “Məhbusların vəziyyəti heç də həmişə prioritet hesab olunmur”
BQXK-dan APA-ya verilən məlumata görə, bu münasibətlə Bakıda keçirilən mərasimdə Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov və BQXK-nın Şərqi Avropa və Orta Asiya Əməliyyatlarının rəhbəri Paskal Mej Vaqner də iştirak ediblər.
Məlumatda bildirilir ki, 1995-ci ildən etibarən BQXK Azərbaycanda vərəmə yoluxmuş məhbusların müalicəsini təmin etmək üçün öz təcrübəsini bölüşüb, eləcə də avadanlıq və dərmanlarla təchiz edib. Bunun nəticəsi olaraq, məhbusların vərəm xəstəliyindən vəfat etməsi halları əhəmiyyətli dərəcədə azalıb və ölkənin penitensiar müəssisələri hazırda vərəmin müalicəsinə görə dünyada ən yüksək göstəricilərdən birinə malikdir.
1990-cı ildə məhbuslar arasında ölümün əsas səbəbinin vərəm olduğunu deyən Vərəmli Məhbuslar üçün İxtisaslaşmış Müalicə Müəssisəsinin rəhbəri Nizami Quliyev bildirib ki, 1995-ci ildə təxminən 470 məhbus bu xəstəlikdən vəfat edib: “Həmin vaxtdan bəri biz bu illik göstəricinin 20 nəfərdən də az olmasına nail ola bilmişik”.
Müalicə Müəssisəsi Azərbaycanın bütün cəzaçəkmə müəssisələrindən gələn təxminən 1000 nəfər vərəmə yoluxmuş məhbusun müalicə olunduğu müasir tibb müəssisəsidir. Müəssisədə diaqnostik laboratoriya və aptek, rentgen aparatları və kameraları, ümumi yaşayış ərazilərini maksimum səviyyədə təmiz hava ilə təchiz etmək üçün quraşdırılmış mükəmməl ventilyasiya sistemi var.
“Dünyanın hər yerində həbsxanalar sıxlıqdan, zəif qidalanmadan və səhiyyə xidmətlərinin qeyri-adekvat olmasından əziyyət çəkir və bunların nəticəsində yaranmış çətin və mürəkkəb mühitdə vərəmlə mübarizə aparmaq çətinləşir. Bundan əlavə, məhbusların vəziyyəti heç də həmişə prioritet hesab olunmur”, - deyə BQXK-nın azadlıqdan məhrum etmə yerlərində səhiyyə xidmətlərinə nəzarət üzrə koordinatoru, doktor Raed Aburabi bildirib: “Azərbaycanın təcrübəsi göstərir ki, kifayət qədər siyasi istək və iradə olduqda əhəmiyyətli irəliləyiş əldə etmək olar”.
Bununla yanaşı, o, vərəm əleyhinə mübarizədə tam uğur qazanmaq üçün penitensiar sistemdə göstərilən səylərin ictimai səhiyyə orqanları tərəfindən aparılan müvafiq tədbirlərlə də müşayiət edilməsinin vacibliyini vurğulayıb.
Bakıdakı İxtisaslaşmış Müalicə Müəssisəsində həyata keçirilən proqram çox uğurlu olduğundan, BQXK həbsxanalarının getdikcə inkişaf edərək dərmanlara qarşı müqavimətli formalarının yarandığı vərəm xəstəliyinin yayılması üçün münbit mühitə çevrilmiş digər ölkələrdə də həmin proqramı model kimi istifadə etməyi planlaşdırır.
Məlumatda o da bildirilir ki, 15 ildir, BQXK Qırğızıstan, Peru, Filippin, Uqanda və dünyanın digər ölkələrində həbsxanalarda vərəmə qarşı mübarizə aparır. Son iki il ərzində təşkilat Ermənistan və Gürcüstanda vərəmlə əlaqəli fəaliyyətini bu ölkələrin hakimiyyət orqanlarına təhvil verib.

674