Bakıda “şeytan”ın 50 qəpiyə satıldığı bazar - REPORTAJ
Bakıda bir bazar var. Zamanların köhnə, “Təzə bazar”ı. Bu bazarın da içində tamam başqa bir bazar. Burda nə meyvə, nə tərəvəz, nə ət satılır. Amma bazardır. Burda da, bu bazar içində bazarda da satlığa qoyulanlar var. Necə deyərlər, bazar içində bazarın da özgə özəlliyi. İt, pişik, göyərçin, müxtəlif rəngli balıqlar, tısbağa, kirpi, hətta siçan belə satılır bu bazar içindəki bazarda. Bakının düz orta göbəyində. Elə biz də bazar günü bu bazara üz tutduq – Lent.az üçün reportaj hazırlamağa. Çünki bu bazar məhz bazar günləri işləyir; səhər saat 8-dən günorta 4-dək.
Palma ağacı 3 min dollara! Üstündə də qulluqçusu...
Səhər saat 9 radələri. Bazarın ala qapısından içəri keçirik. Gedəcəyimiz məkanı axtarmaq çətin olmur. Elə alaqapını keçib on metr aşağı düşüb sağa dönmək kifayətdir. “Təzə bazar”ın ənənəvi alver nöqtələrində qələbəlik olmasa da, burda, bazarın bu kiçik hissəsində adam əlindən tərpənmək mümkün deyil. Bu mini-bazarda əvvəlcə sizə müxtəlif bitkilər, dibçək gülləri satanlar rast gələcək. Amma onlara fikir verməyin, burda zövqünüzə görə maraqlı nəyəsə rast gələ bilməzsiz. Sadəcə, yaşı 70-ə çatmış bir dayı sizə palma ağaclarının sifarişini təklif edəcək. O da od qiymətinə. Dayının dediyinə görə, onda – maraqlıdır ki, harda? - 1 illik palma ağacı 2-3 min dollaradır. Amma qulluqçusu və müəyyən dərmanları ilə bərabər, əlavə 500 dollar verməlisən. Dayı həm də deyəsən, palma bilicisidir. Deyir ən yaxşı palma Uqanda və Tanzaniyada bitir. Misir palmaları isə ən “deşovskasıdır”. Bizim palma almayacağımızı, necə deyərlər, qırımımızdan bildi.
Ən populyarı Kanar adalırından gətirilənlərdir
Hə, bura Bakının ən unikal bazarlarından biridir. Burda it də satılır, özü də hansı cinsdən istəsən, pişik də, tutuquşu da, bülbül də, balıq, kirpi, ağ siçan, hələ üstəlik tısbağa da.
Bazarda tutuquşular satılan tərəfə üz tuturuq. Çoxlu növləri var. Kakadu, alba, ara cinsli tutuquşular daha bahadır. Söhbətləşdiyimiz Təvəkkül deyir ki, ən populyarı Kanar tutuquşuları və bülbülləridir: “Onlar həm ucuzdur, həm də adama tez yovuşandır”. Təvəkkül deyir ki, bu bazara bir dəfə bir ara cinsli tutuquşu gətirmişdilər. Onu bir nəfər pullu adam 2000 dollara aldı. Həm adam əlinə öyrəşmişdi, həm də maqnitofon, pleyr və ya telefona yazılmış bütün “zapisləri” əzbərləyirdi. Elə bülbül satışı ilə məşğul olan Oqtaya dayı da eyni şeyləri deyir.
“Biz bu bülbülləri Kanar adalarından sifariş veririk. Burda cütləşdiririk. Hər erkək və maya ildə 20-25 bülbül verir bizə. Bülbüllərin həyat tərzi, insan cəmiyyətindən daha ədalətlidir. Təsəvvür edin, maya istəməsə, daha doğrusu, hazır olduğunu erkək bülbülə bəyan etməsə, erkək bülbül heç vaxt ona yaxın getməz. Yəni insan cəmiyyətində olduğu kimi, burda zor, zorlama yoxdur. Hər bir cütlük ildə iki-üç dəfə cütləşməyə gedir. Bundan sonra isə hər cütləşmədən 10-12 bala götürürük” – bunu isə Oqtay dayı deyir.
20 ildən çoxdur ki, bülbül satışı ilə məşğul olduğunu deyən həmsöhbətimiz bir maraqlı məqama da toxunur. Deyir ki, bülbüllərin yaddaşı adamınkından daha itidir: “İstədiyin melodiyanı telefonun yaddaşına yaz. Və hər gün demək olar ki, müəyyən saatda cavan bülbülün yanında səsləndir. Heç on gün keçməyəcək ki, həmin bülbül həmin melodiyanı, necə deyərlər, zümzümə edəcək. Tutuquşular da elədir”.
Oqtay dayının dediyinə görə, hazırda onun əlində, yəni satlıqda 7 bülbül var. Onların 4-ü mayadır, üçü erkək: “Hər birinin qiyməti 40 manatdır. Bunlara ancaq İspaniya istehsalı olan “Kiki” yeməyi verməlisən. “Kiki”nin bir qutusunun qiyməti isə 3 manatdır. Bir qutu bir bülbülə 1 ay bəs edir. Soyuqda, istidə saxlamağın heç bir problemi yoxdur. Təki “skvoznyak” olmasın. Onda, həssas olduqlarından daha tez xəstələnirlər. Bir də çox göyərti verəndə qarınları ağrıyır. Əsas odu ki, bax bu “Kiki”dən gündə bir çay qaşığı verəsən, bir az da, təxminən 10 qram çərəz. Onda bülbül bütün günü elə oxusun ki...”
Xoruzun biri od qiymətinə
Bazar, maşallah, bütün heyvan və quş növləri ilə doludur. Pişiklər satılan “şöbə”yə üz tuturuq. Amma əvvəlcə diqqətimizi qəfəsə salınmış bir xoruz cəlb edir. Vallah, bu xoruz deyil, nəsə xoruzaoxşar əcaib bir varlıqdır. Az qala şir kimi qəfəsdə vurnuxur, var-gəl edir. Sanki qəfəsi vurub-dağıtmaqda israrlıdır. Satıcısı İlham deyir ki, bu xoruzu Səmrqənddən gətiriblər. Qiyməti də neçəyə olsa yaxşıdır? 1300 manata! İlhamın dediyinə görə, çox acıqlı və döyüşkən xoruzdur: “Ona dən vermirəm ki! Ancaq tikə ət yeyir. Müştərim var, gəlməliydi ötən bazar. Nəsə işi çıxıb, bilmirəm, bu gün də gəlmədi. İstəyən var, 1000 verirlər. Amma sərf etmir. Heç olmasa, 1200 versələr, xərcimi çıxararam. Beş-on manat da özümə qalar.
Burda “Qırmızı kitab”a düşən Van pişikləri də satılır
Vallah, bu pişiklər özgə aləmdir. İran pişikləri var ki, “Siam” növündən, cütünü 300 manata ala bilərsiniz. Əgər bir az alver etmək təcrübəniz varsa, qiyməti uzağı 50 manat da aşağı salmaq mümkündür. Azərin əlində tutduğu tüklü pişik isə Piter cinslidir. Azər deyir ki, 18 pişiyi var. Satmaq məcburiyyətindədir.
- Çünki saxlamaq imkanım yoxdur. Bu qədər yem tapmağa pul çatdıra bilmirəm. 20 manata deyirəm. Ötən həftə ikisini satmışım. İndi az versələr də qəbulumdur.
- Mən də pişik saxlayıram. Amma ürəyin necə gəlir onları satmağa?
- (Bir qədər susur) Qardaş, vallah ağırdır! İstəyirsən sənə havayı verim. Amma çatdıra bilmirəm. Ona görə satıram ki, alan heç olmasa qədrini bilsin, saxlasın, bayıra atmasın.
Bu isə Rüfətdir. Əlindəki Van pişiyidir. Yeri gəlmişkən, hər iki gözü fərqli rənglərdə olan bu nadir pişiklər dünyanın “Qırmızı kitab”ına düşüb. Və onun “Təzə bazar”da nə gəzdiyini Rüfətdən soruşan kimi nəsə duyuq düşüb, ərazini tərk edir.
“1000 dollardan aşağı vermərəm”
Burası isə “it bazarı”dır. Yəni bazarın itlər satılan ərazisi. Hə, deyəsən, bu bazarda ən bahalı heyvanlar da elə burada satılır. Alman, Qərbi Avropa, Qafqaz ovçarkaları, kral doqları, layka, pitbull, doberman, koni kors, mors itlər, pudellər, çixuaxua, pincer, toyteyler… Hamısının da öz pasportu var. Bəşir deyir ki, alman ovçarkasını 500, ov tulasını isə 600 manata satır. «Bir ədəd Amerika pitbulteryerim var, onu 1000 dollardan aşağı vermərəm». Söhbətləşdiyimiz itsatanlardan öyrəndik ki, ümumiyyətlə nədənsə Amerika cinsli itilər indi Bakıda daha populyardır. Məsələn, Akita cinsli itin qiyməti 1500 dollaradır. Staffoşird küçüyü isə “Təzə bazar”da 500 dollara satılır.
70 manata göyərçin
İtlərdən aralanıb, göyərçinlərin yanına gəlirik. Bax, bu başqa aləm. Elə göyərçin satanlardan birini də adı Aləmdir. Aləm deyir ki, bazarda ən populyar olanı dekorativ cinsli quşlardır. Daha çox rəng çaları olan quşlar daha bahadır. Məsələn, pavlinlər. Onların cütü, yəni erkəyi və mayası 60-70 manat satılır. Daha çox təlabat pavlinləridir. İrandan gətirilən göyərçinlər var ki, dənəsi 40 manata, poçt göyərçinlərinin isə bir ədədi 50-60 manatadır. Kapuçina, drakon cinsli quşlar da ən çox tələb olunanlar arasındadır. Amma bazarın quş “şöbəsi” təkcə göyərçinlərlə məhdudlaşmır. Burda qaratoyuq (25 manat), holland toyuğu (20 manat), amandin adlı yapon quşu (30 manat) və fars ördəyi adlanan yaşılbaş 40 manata satılır. Və yeri gəlmişkən, alıcı sarıdan da kasadlıq deyil.
Hava təmizləyən balıq 50 manata
Bazarda ən populyar “şöbə”lərdən bir balıq satılan məkandır. Burda, yəni “Təzə bazar”da nərə cinsli balıqların satışı ilə məşğul olduğunu görmüşdük. Amma bu kiçik bazardakı balıqlar tamam başqa dünyadır. Yəqin şəkildə də görəcəksiniz, təsəvvür edin, bu kibrit çöpü boyda olan balıqların hər birinin qiyməti 1 manatdır. Onlarla eyni qəfəsə bir əcaib balıq da salınıb. Hidayət deyir ki, bu balıq – deyəsən adını da düz-əməlli bilmirdi - akvariumda havanı təmizləyir, qiyməti isə 50 manatdır. Siz bu əcaibin də şəklini görürsünüz. Boz bir şeydir. Akvariumun altına qısılıb. Hidayət həm də “şeytan” satır. Satdığı ilbizə özü “şeytan” deyir. Və onu da deyir ki, ilbizlərin də öz alıcıları var. Bu “şeytan”ın biri isə 50 qəpiyədir.
Balıq bazarında ən çox tələb olunan qırmızıpapaq, qızıl balıq, qupi və xoruzbalığıdır. Bu kiçik balıqların qiyməti 50 qəpikdən 50 manatadək dəyişir. Hidayətdən “deyirlər, balıq saxlamağın düşər-düşməzi olur, düzdürmü” - soruşduq. Güldü: “Sən balığı vaxtında yemlə, ac qoyma, havasını dəyiş, Allaha da xoş gedər. Eləməsən, əlbəttə, Allah da səni cəzalandırar. 15 ildir bu işlə məşğulam, vallah, əksinə, xeyrini görmüşəm, nəinki ziyanını”.
Hə, bir məqamı da unutmayaq. Balıq bazarında onlara “qulluq etmək” üçün yosunlar, balıqqulağılar, dəniz, okean daşları satılır. Məsələn, adi göy dəstəsi boyda yosunun qiyməti 6 manatdır. İri balıqqulağılar 2-10 manat arası, okean daşları isə bir qədər də bahadır.
Siçovul da ala bilərsiniz, tısbağa da
Amma “Təzə bazar”ın bazarlığı balıqlarla da bitmir. Məsələn, siçovul almaq istəyirsinizsə, buyurun, heç bir problem yoxdur. Burda sizə elə siçovul növü təklif etsinlər ki! Amma qiyməti də pis deyil ha... Təxminən 10-20 manata. Və ya ağ siçan, “xomyak” (dağ siçanı). Onların qiyməti bir az ucuzdur. Siçanı 5-6 manata ala bilərsiniz. “Xomyak” da eləcə. Yaşılbaş “milli” ördəyimizin qiyməti isə təxminən 10-15 manat civarındadır. Elə qırqovul da o qiymətə. Əgər evinizdə tısbağa saxlamaq həvəsindəsinizsə, ingilislər demiş, “no problem”. Bir cüt okean tısbağasının qiyməti 50-60 manat civarındadır. “Yerli” tısbağalar isə bir qədər ucuz: 10 manata. Bazarda kirpi də tapa bilərsiniz. Kirpinin qiyməti 12-15 manat arasında dəyişir.
“Təzə bazar”da diqqətimizi cəlb edən həm də bilirsinizmi nə oldu? Dovşanlar! Hə, bu çəpgözlərə bazarda nədənsə tələbat yox idi. Çünki bir ev dovşanını bəndənizə 5 manata belə təklif edirdilər. Amma çəpgözlər hətta siçanlardan betər, elə zavalı görünürdülər ki... Xüsusən də onları itlər satılan yerə yaxın yerdə müştərilərə təklif edirdilər. Yazıqların ürəyinə, Allah bilir, nələr gəlirdi…
Səbuhi Məmmədli

5616