Naməlum pilotsuz uçuş aparatları (PUA) Nyu-York ştatının Stüart Beynəlxalq Hava Limanında əməliyyatları dayandırıb.
Lent.az xəbər verir ki, qubernator Keti Hokul bu barədə dekabrın 14-də “X” sosial şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, insidentlə əlaqədar hava limanının uçuş-enmə zolaqları bir saat bağlı qalıb.
Hokul həmçinin hökuməti hadisənin araşdırılması üçün ştata yardım göstərməyə çağırıb.