"Mançester Siti" fransalı futbolçu Pol Poqbanı transfer etməyi düşünür.
Lent.az bildirir ki, “The İndependent” ingilis klubunun yarımmüdafiəçi ilə maraqlanmasından xəbər tutub.
Mənbənin məlumatına görə, 31 yaşlı futbolçunun İngiltərəyə qayıdıb-qayıtmayacağı ilə bağlı şübhələri var. Pogba əvvəllər "Mançester Yunayted"də oynayıb, lakin o, İngiltərəyə qayıtmaqla bağlı qarışıq hisslər keçirir.
Yarımmüdafiəçinin karyerasını Fransa, İtaliya və ya Almaniya çempionatında davam etdirməyə üstünlük verdiyi qeyd olunur.
Poqba daha əvvəl dopinqə görə cəzalandırılmışdı. 2023-cü il avqustun 20-də İtaliya çempionatının birinci tur oyunundan sonra fransızdan götürülmüş nümunədə testosteron metabolitləri aşkar edilib. A nümunəsi kimi B nümunəsi də müsbət nəticə verdi.
Poqba daha sonra İdman Arbitraj Məhkəməsində (CAS) 18 aya endirilən dörd illik cəzasına uğurla etiraz edib. Beləliklə, futbolçu 2025-ci ilin martında meydana qayıda biləcək.