Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək.
Lent.az xəbər verir ki, ittifaqın konfransı saat 12:00-da, Nizami Kino Mərkəzində keçiriləcək.
AKİ sədrinin seçkisi, Konfransın gündəliyinin əsas bəndidir.
Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev bu il, martın 29-da vəfat edib. Hazırda sədr səlahiyyətlərini Şəfiqə Məmmədova icra edir.