Rusiyanın Kaluqa vilayətində yaşayış binasında baş verən yanğın nəticəsində 3 uşaq ölüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Kirov şəhərində baş verib. Alov 60 kv.m olan yaşayış binasını bürüyüb. Yanğının söndürülməsi zamanı 16 və 17 yaşlı oğlan, eləcə də 5 yaşlı qız meyitləri aşkar edilib. Hadisənin baş vermə səbəbi və şəraiti müəyyənləşdirilir.
Yanğın Fövqəladə Hallar Nazirliyinin 15 mütəxəssisi və 6 texnikasının köməkliyi ilə söndürülüb.
İstintaq orqanı cinayət işi açıb. Yanğın zamanı, ilkin məlumatlara görə, iki yeniyetmə və bir gənc qız evdə tək olub. Valideynləri işdə olublar.
Yanan ev soba ilə qızdırılırmış.
Araşdırma aparılır.