Bu gün saat 09:14-də Quba rayonu Alekseyevka kəndi ərazisində mənzildə partlayış baş verməsi səbəbilə xəsarət alan 1962-ci il təvəllüdlü şəxs (qadın cinsli) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım bölməsinə hospitalizasiya olunub.
Lent.az-ın xəbərinə görə, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, ona üzün, hər iki əlin və sağ diz oynağinin I-II dərəcəli termiki yanığı (10%) diaqnozu təyin olunub və xəstəxananın Travmatologiya şöbəsinə yerləşdirilib. Xəstəyə zəruri tibbi yardımlar göstərilib və hazırda müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir.
***
saat 13.09
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Quba rayonu, Alekseyevka kəndində vətəndaşa məxsus fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Lent.az-ın xəbərinə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Quba rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı 63 yaşlı Babayev Bədiyar Cavanşir oğluna məxsus ümumi sahəsi 80 kv.m. olan birmərtəbəli fərdi yaşayış evində yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb, ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.
Partlayış dalğasının təsirindən evə ziyan dəyib, yanğın nəticəsində dam örtüyünün yanar konstruksiyarı 40 kv.m. sahədə yanıb, 1 nəfər bədən xəsarətləri alıb.