Bakı metrosunda ÖLÜM
14 dekabr 2024 12:56 (UTC +04:00)

Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ölüm hadisəsi olub.

Bu barədə Lent.az-a "Bakı Metropoliteni"ndən bildirilib.

Məlumata əsasən, səhər saat 5:30-da iş vaxtı bitərək "İnşaatçılar" stansiyasında iş yerini tərk edən Bakı metropoliteninin tunel qurğuları üzrə usta köməkçisi Saleh Məmmədov saat 8:50-də "Koroğlu" stansiyasında növbətçiyə yaxınlaşaraq, tibbi yardıma ehtiyacı olduğunu bildirib. Dərhal ilkin yardım göstərilib, təcili və təxirəsalınmaz tibbi yardım xidməti çağırılıb. Bütün müvafiq tədbirlər görülsə də, Saleh Məmmədov dünyasını dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4437
avatar

Oxşar yazılar