Bu sahələrə ayrılacaq vəsaitin həcmi dəyişdi
15 dekabr 2024 11:11 (UTC +04:00)

Bu sahələrə ayrılacaq vəsaitin həcmi dəyişdi

Gələn il üçün dövlət büdcəsində təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat istiqamətlərinə ayrılması nəzərdə tutulan vəsaitlərin həcmi dəyişib.

Lent.az-ın APA-ya istiandən verdiyi xəbərə görə, Milli Məclisin birinci və ikinci oxunuşda qəbul etdiyi “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, təhsil sahəsinə 4 milyard 946 milyon 73 min 190 manat, səhiyyə sahəsinə 1 milyard 999 milyon 438 min 359 manat, sosial müdafiə və sosial təminat sahəsinə 4 milyard 811 milyon 769 min 907 manat vəsait ayrılması nəzərdə tutulmuşdu.

Üçüncü oxunuşda parlamentə təqdim edilən layihəyə əsasən, təhsil sahəsinə 4 milyard 937 milyon 283 min 246 manat, səhiyyə sahəsinə 1 milyard 993 milyon 578 min 359 manat, sosial müdafiə və sosial təminat sahəsinə 4 milyard 751 milyon 730 min 807 manat vəsait ayrılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 576
avatar

Oxşar yazılar