Bəzən valideynlər hətta öz övladına görə əsəbiləşir və onlara qışqırırlar.
Lent.az-ın məlumatına görə, bu kimi hallar bir neçə amillə aradan qaldırıla bilər.
Yorğunluq
Əsas səbəblərdən biri yorğunluqdur. Bu zaman böyüklərlə danışarkən özümüzə hakim ola bilərik, çünki bilirik ki, əsəbiləşsək, əks-cavab alacağıq. Ancaq uşaq bizə eyni cür cavab verə bilmir və buna görə də qurbana çevrilir.
Bundan əlavə, uşaq sizi sevmək üçün səbəbə ehtiyacı olmayan yeganə insandır. Həqiqətən dəhşətli bir şey etsəniz belə, övladınız sizi sevməkdən əl çəkməyəcək. Valideynlər bunu bilirlər, buna görə də bəzən bundan istifadə edirlər.
Uşaqlıq travması
Hər bir yetkinin içində öz uşaqlıq travmaları və təcrübələri olan kiçik bir qız və ya oğlan var.
Vaxtilə biz də valideynlərimizdən incimişik. Bu səbəbdən övladımızla bağlı kəskin vəziyyət yarandığı anda o incikliklər yada düşə bilir.
Məsələn, əgər uşaqlıqda ona ümumiyyətlə konfet verilməyibsə, ana övladı beşinci konfeti istəyəndə yəqin ki, əsəbiləşəcək.